Fransada deputat intihar edib

Fransada deputat intihar edib
DÜNYA
02:34 08.07.2025
458
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı "Respublikaçılar" Partiyasından olan üzvü Olivye Marleks özünün seçildiyi dairədə - Anet kommunasında (Fransanın mərkəzindəki Er və Luar departamenti) intihar edib.

Bu barədə AFP agentliyi prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.

Məlumata görə, 54 yaşlı deputatın meyiti bazar ertəsi axşam saatlarında jandarm patrulu tərəfindən evində aşkarlanıb. Patrul kommunanın merini çağırıb.

Faktla bağlı təhqiqata başlanılıb.

F.Marleks parlamentə seçilməzdən əvvəl Nikola Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.
//report
OXŞAR XƏBƏRLƏR