'Fransada döyülən tələbələrimizin hüquqlarının qorunması üçün bütün lazımı tədbirləri həyata keçirəcəyik' - Rauf Mərdiyev

GƏNCLİK
14:15 27.02.2013
2810
Qərb demokratiyasının və insan hüquqlarının beşiyi hesab etdiyimiz Fransanın Paris şəhərində, Fransa Milli Assambleyasının binasında Azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və “İRƏLİ” İctimai Birliyinin üzvü hal-hazırda Fransada təhsil alan Vüsal Hüseynova qarşı zorakılıq edilməsi xəbərini hiddətlə qarşıladıq" 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev deyib.
O bildirib ki, ermənilər təxribatlarını davam etdirirlər:
"Baş verən hadisədə Fransa parlamentinin deputatı Fransua Roşenblounun iştirak etməsi, zalda toplaşanları sakitləşdirmək əvəzinə zorakılığa təhrik etməsi bizləri məyus etdi.
Azəbaycanın son dövrlərdə əldə etdiyi nailiyyətlər, öz həqiqətlərini dünya ictimaiyyətinə daha effektiv formada çatdırması, artıq erməni diasporasında isterik vəziyyət yaradıbdır. Ermənilər özlərinin azərbaycanlılara qarşı acizliyindən qaynaqlanan təxribat fəaliyyətini davam etdirirlər.
Baş verən olay ona sübutdur ki, Azərbaycan diasporasının üzvləri, xaricdə təhsil alan tələbələrimiz artıq Avropa ölkələrində təhlükəsiz şəraitdə deyillər.
Erməni diasporasının belə aqresiv münasibəti bunu deməyə əsas verir ki, artıq Azərbaycanın dünya ölkələrində fəaliyyət göstərən səfirlikləri və onların əməkdaşlarının, xarici ölkələrdə təhsil alan və Azərbaycan həqiqətlərini təbliğ edən tələbələrimiz erməni diasporasının və hətta Avropa ölkələrinin ermənipərəst siyasətçilərinin zorakılığa çağırış edən nümayəndələrinin təxribatlarından sığortalanmayıblar.
Rauf Mərdiyev bununla bağlı lazımı tədbirlər görüləcəyini deyib:
"Biz “İRƏLİ” İctimai Birliyi olaraq, Fransa hökumətindən tərkibində cinayət elementləri olan bu hadisəni ciddi şəkildə araşdırılmasını və zorakılığa çağırış edən Fransa Parlamentinin üzvü Fransua Roşenblounun, Azərbaycan tələbələrinə zor tətbiq edən şəxslərin cəzalandırılmalarını tələb edirik.
Fransa xarici işlər naziri, Fransanın xüsusi xidmət orqanları bu prosesi ciddi nəzarət altında saxlamalı və ictimaiyyətə ətraflı məlumat verməlidirlər.
Biz
 ”İRƏLİ” İctimai Birliyi olaraq hadisələrin gedişatını diqqətlə izləyəcək və üzvümüz Vüsal Hüseynovun və azrbaycanlı tələbə Mirvari Fətəliyevanın hüquqlarının qorunması üçün bütün lazımı tədbirləri həyata keçirəcəyik"

OXŞAR XƏBƏRLƏR