Fransada etirazlar futbola da təsirini göstərdi: Matç təxirə salındı

Fransada etirazlar futbola da təsirini göstərdi: Matç təxirə salındı
İDMAN
05:23 22.10.2026
189
Fransa Liqa 1-in VIII turu çərçivəsində keçirilməsi planlaşdırılan "Tuluza" - "Trua" matçının vaxtı dəyişdirilib.

Bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.

Oktyabrın 24-nə təyin olunan qarşılaşma bir gün sonraya - oktyabrın 25-nə keçirilib. Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Qərar həftəsonu Tuluza şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyaları ilə əlaqədar qəbul edilib.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR