Fransada ilk dəfə olaraq Əli və Nino müzikli gerçəkləşdiriləcək

MƏDƏNİYYƏT
11:02 04.04.2012
2224

6 aprel 2012-ci il tarixində Fransanın paytaxti Parisdə, Sarbon universitetinin amfiteatrında ilk dəfə olaraq Qurban Səidin məşhur “Əli və Nino” romanının motivləri əsasında yeni muzikl tamaşa səhnəyə qoyulacaq.

ASAİF-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 1937-ci ildə nəşr olunmuş və 30-dan çox dilə tərcümə olunmuş bu məşhur roman mədəniyyətlər və dinlər arası konfliktlərdən bəhz edən məhəbbət əsəridir.

Müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan insanlar arasında qarşılıqlı anlaşmanın olamaması problemi o dövrdə olduğu kimi, bu gün də olduqca aktualdır. Romanda da məhz bu anlaşılmazlıqdan qaynaqlanan problemlər öz əksini tapır. Real həyatdan götürülmüş hadisələr mürəkkəb axarla cərəyan edir və sonda sevgi hər şeyə qalib gəlir.

Hər kəsi bu sevgi romanındakı hadisələri izləməyə, eləcə də XX əsrin əvvəllərindəki Azərbaycana və paytaxt Bakıya səyahət etməyə dəvət edirik.

“Əli və Nino” romanı tam yeni nəfəslə səhnəyə qoyulacaq. Tamaşada romandan bəzi parçalar, Azərbaycan və Gürcüstanın milli musiqi və rəqsləri, eləcə də, XIX və XX əsrlərin Azərbaycan və Avropa bəstəkarlarının əsərləri nümayiş etdiriləcək.

İştirakçılar:

Romandan parçaların oxunması: Flaviya Tursi və Olqa Quşina-Mano

Rəqslər: Lali Caşiaşvili, İrakliy Oboladze, Fidan Əhmədova, Vusalə Məmmədzadə, Aysel Səfərova.

Mahnıların ifası: Tamara Demuriya və “Lazi” gürcü ansamblı.

Skripka: Prisil Lyaşa Sarret.

Fortepiano: Səidə Zülfüqarova.

Dramaturgiya: Şarlot Lorio.

İdeya müəllifi və layihə rəhbəri: Səidə Zülfüqarova.

Tamaşada Qara Qarayev, Azər Rzayev, Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Fikrət Əmirov, Cövdət Hacıyev, Jules Massenet, Rahmaninov, Fritz Kreyslerin əsərləri, o cümlədən Azərbaycan və Gürcü milli musiqiləri səslənəcək.

Tamaşa 6 aprel 2012 ci il saat 18.00-da “Sorbonne” amfiteatrında (Ünvan: Grand amphithéâtre de la Sorbonne. 108 Bd Malesherbes) baş tutacaq. Biletləri 01 40 46 33 72 nömrəsi və ya [email protected]/* */ elektron ünvanı vasitəsilə rezerv etmək mümkündür.

Tədbir Səidə Zülfüqarovanın rəhbərliyi və təskilatçılığı, eyni zamanda Xaricdə Təhsil alan Azərbaycan Gənclərinin Beynəlxalq Forumu (ASAİF) və Azərbaycan – Fransa Tələbələr Birliyinin (AFAJ) dəstəyi ilə keçirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq