Fransada koronavirusdan 91, İtaliyada isə 1441 nəfər ölüb

Fransada koronavirusdan 91, İtaliyada isə 1441 nəfər ölüb
DÜNYA
01:30 15.03.2020
2595

Fransada koronavirusa yoluxanların ümumi sayı 4,5 minə, ölənlərin sayı isə 91-ə yüksəlib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Departamentinin baş direktoru Jerom Salomon şənbə günü keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, son 72 saatda virusa yoluxanların sayı iki dəfə artıb. 

Salomon qeyd edib ki, Burqundiya, İlle-de-Frans, Overn və Korsika infeksiyanın ən çox yayıldığı bölgələrdir.

İtaliyada isə koronavirusdan ölənlərin sayı daha çoxdur – 1441 nəfər.

Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli şəbnə günü açıqlamasında bildirib ki, ötən gün 527 nəfər sağalaraq, ümumilikdə bu rəqəm 1966-ya çatıb: "Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 17 min 750 nəfərdir. Onlardan 1518 nəfəri reanimasiya şöbəsindədir”.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR