Fransada meşə yanğını: 1100 hektar ərazi külə döndü

Fransada meşə yanğını: 1100 hektar ərazi külə döndü
DÜNYA
12:38 14.08.2026
130
Fransanın Landes vilayətinin Luglon kəndində başlayan meşə yanğını davam edir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində indiyədək 1100 hektar ərazi külə dönüb. Yanğının söndürülməsi üçün 500 yanğınsöndürən və 51 jandarm əməkdaşı cəlb olunub.

Təhlükəsizlik məqsədilə kəndin şimal və qərbində yerləşən iki yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Bölgədə yaşayan təxminən 525 nəfər isə təxliyə edilib.

Dünən başlayan yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Fransanın Meteo-France meteorologiya xidməti meşə yanğınları riski ilə əlaqədar ölkənin 57 vilayətində "narıncı”, 4 vilayətində isə "qırmızı” xəbərdarlıq elan edib.

Qeyd edək ki, Fransada bu il meşə yanğınları nəticəsində 117 min hektardan çox ərazi külə dönüb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR