Fransada meşə yanğını nəzarətə alındı

Fransada meşə yanğını nəzarətə alındı
DÜNYA
14:45 17.08.2026
155
Fransanın qərbində yerləşən Landes vilayətində günlərdir davam edən və 1700 hektar ərazini külə çevirən meşə yanğını nəzarətə alınıb.

AZXEBER.COM xəbər verir ki, Landes Valiliyinin məlumatına görə, vilayətin Lugnon kəndində avqustun 13-də başlayan yanğın nəzarət altına alınıb.

Yanğın səbəbilə təxliyə edilən 250 sakinin evlərinə qayıtmasına icazə verilib.

Təxminən dörd gün davam edən yanğın nəticəsində 1700 hektar ərazi külə dönüb.

Fransa bu il tarixinin ən böyük meşə yanğınları mövsümlərindən birini yaşayır. Ölkə üzrə bu il 117 min hektardan çox ərazi yanğınlar nəticəsində məhv olub. Yanğınlarda 4 yanğınsöndürən həyatını itirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR