Fransada narazılıq getdikcə artır

Fransada narazılıq getdikcə artır
Bütün Xəbərlər
00:20 26.12.2011
1831

İctimaiyyət nümayəndələri ermənipərəst deputatların təzyiqi ilə qəbul edilmiş qanunun Türkiyə ilə əlaqələrə ciddi ziyan vurulacağından narahatdır

Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın qondarma “ erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qanun ölkədə heç də birmənalı qarşılanmayıb. AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, həmin qanun layihəsi hadisələri düzgün qiymətləndirən sağlam düşüncəli insanların və bəzi kütləvi informasiya vasitələrinin ciddi narazılığına səbəb olub. Milli Assambleya tərəfindən qəbul edilən qanuna münasibət bildirən keçmiş baş nazir Dominik de Vilpən Fransanın heç kimə dərs vermyə haqqı olmadığını qeyd edib, hər hansı qanunun yaddaşlara deyil, tarixə əsaslanaraq qəbul olunmasının vacibliyini vurğulayıb. Keçmiş ədliyyə naziri Robert Badinter Milli Assambleyanın qərarının Fransa Konstitusiyasına tamamilə zidd olduğunu, qanunun 2012-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı qəbul olunduğunu bəyan edib. O bildirib ki, tarix barədə nəsə demək parlamentin işi deyil, xüsusilə də məkanca çox uzaq olan bir ölkədə: “Bir əsr bundan əvvəl baş verən və hələ də tam aydın olmayan hadisə ilə bağlı düzgün olmayan qərarın çıxarılması, 1789-cu ildə insan haqları barədə qanun qəbul etmiş Fransaya heç də başucalığı gətirmir, əksinə dünyada onun nüfuzuna xələl gətirir. “Soyqırımı” məsələsi tarixçilərin öhdəsinə buraxılmalıdır. Yalnız onların araşdırmalarından sonra son ümumi nəticə haqqında fikir söyləmək mümkündür”. Fransa ictimaiyyətinin nümayəndələri ermənipərəst deputatların təzyiqi ilə Milli Assambleyada qəbul edilmiş qanunun doğuracağı təzahürlərdən, Türkiyə kimi bir ölkə ilə əlaqələrə ciddi ziyan vurulacağından narahatlıqlarını ifadə etməyə başlayıb və bu qanunun Senatda müzakirəyə çıxarılmayacağına ümidvar olduqlarını bildirirlər. Milli Assambleyada qəbul edilmiş qanun barədə ölkənin nüfüzlu mətbuat orqanlarından “ Fiqaro “, “Mond“, “Liberasyon“, “Ekspress“ və digərlərində çoxlu sayda yazılar dərc olunur. “Mond“ qəzetinin 23 dekabr tarixili nömrəsində dərc olunmuş “Yaddaşlar heç nəyə xidmət etmir“ sərlövhəli məqalədə qəbul olunmuş qanunun ancaq erməniləri dəstəkləyən deputatlar tərəfindən qəbul olunduğu, hər hansı qanunun qəbulunda yaddaşlara deyil, tarixə əsaslanmağın vacibliyi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
21:18 27.05.2025
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
21:13 27.05.2025
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
21:09 27.05.2025
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
21:03 27.05.2025
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib