Fransada “TGV” tipli sürətli qatar sınaqdan keçirilərkən relsdən çıxıb, nəticədə azı 5 nəfər ölüb.
Bu barədə “France Bleu Alsace” radiostansiyası məlumat yayıb.
İlkin məlumata görə, qəza Strasburq yaxınlığındakı Ekveşem şəhərində qeydə alınıb. Bəzi KİV-lərin məlumatına görə, hadisə yerində partlayış səsi eşidilib.
Qatarda sərnişinlərin olmadığı bildirilir. Vaqonların əksəriyyətinin relsdən çıxaraq aşdığı qeyd olunur.
Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub. (APA)

