Fransada yaşayan azərbaycanlı ailədə dəhşətli faciə olub. Milli.az-ın məlumatına görə, bir neçə gün əvvəl Monpelye şəhərində yaşayan Azərbaycan vətəndaşları Rüfət və Gülnar Həsənovaların 21 aylıq övladı Daniel çayda batıb. Onun valideynləri Azərbaycan vətəndaşı olsalar da, uşaq özü Fransa vətəndaşıdır.