Fransadan Bakıya sərnişin avtobusları gətiriləcək

Fransadan Bakıya sərnişin avtobusları gətiriləcək
Bütün Xəbərlər
10:11 13.05.2014
864
"Fransadan Azərbaycana avtobusların gətirilməsi gündəlikdədir"
Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbayca-Fransa biznes-forumu çərçivəsində sahibkarların sualını cavablandırarkən deyib.
O bildirib ki, azərbaycanlı mütəxəssislər və ictimaiyyət bu məsələ ilə tanış olarkən Fransa avtobuslarına üstünlük verib: "Bildiyimə görə, 150 avtobusun gətirilməsi ilə bağlı sifariş var və müqavilə imzalanmalıdır. Əminəm ki, gələcəkdə Fransadan yüzlərlə avtobus gətiriləcək. Bizim ehtiyacımız artır, əhali artır, tələbat artır. Gələcək illərdə bir neçə min avtobusdan söhbət gedə bilər. Bu da ticarət dövriyyəsini artıracaq, eyni zamanda Bakı sakinlərinə Fransa səviyyəli xidmət göstəriləcək".
Xatırladaq ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes-forum keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland biznes-forumda iştirak ediblər. Dövlət başçıları forumda çıxış ediblər. Sonra Azərbaycanın və Fransanın dövlət şirkətləri və biznes qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
OXŞAR XƏBƏRLƏR