Fransalı deputat “Qarabağ Azərbaycandır” dedi, Ermənistanda bunt yaşandı —VİDEO

Fransalı deputat “Qarabağ Azərbaycandır” dedi, Ermənistanda bunt yaşandı —VİDEO
Siyasət
22:45 04.05.2021
836
Avropa Parlamentinin fransalı üzvü, Fransanın keçmiş nəqliyyat naziri Tyeri Maryani  "BFMTV" də Jan Jaq Burdinin moderatorluğu ilə baş tutan "Bourdin Direct" verilişinin qonağı olub. Bir neçə suala cavab verən T.Maryani sonda Qarabağ münaqişəsinə dair suallara beynəlxalq hüquqa söykənən tutarlı cavablar verib. Qərəzli sualları ilə diqqət çəkən aparıcı obyektiv cavabları eşidərkən hiddətini gizlədə bilməyib. 
 
AZXEBER.COM həmin müsahibəni xırda ixtisarlarla təqdim edir.

Jan Jaq Burdin:

- Qarabağda Azərbaycanın ermənilərə qarşı müharibə cinayətlərini qınayırsınızmı?

Tyeri Maryani:

- Bunu "müharibə cinayəti" adlandırmazdan əvvəl düşünmək lazımdır. Bu və ya digər formada kimlərinsə təxribat "tələ"sinə düşmək olmaz. Qarabağ məsələsi ilə bağlı Beynəlxalq İstintaq Komissiyası var. Bu Komissiya bütün həqiqətləri bilir.  Nəyin, necə baş verdiyindən xəbərdardır.

Aparıcı Jan Jaq Burdin qonağın sözünü yarıda kəsir və qəzəbli halda dillənir: 

- Azərbayanlılar bəyan edirlər ki, erməniləri Qarabağdan iti qovan kimi qovmaq lazımdır...

Tyeri Maryani:

- Bəli, bu, bir az sərt bəyanatdır, amma əminəm ki...

Bu məqamda Jan Jaq Burdin yenə müdaxilə edir:

- Siz Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirsiniz?

Tyeri Maryani:

- Mən heç kəsi dəstəkləmirəm, hər hansı bir əlaqəm də yoxdur. 3 il Fransa - Azərbaycan Dosluq qrupunun prezidenti olmuşam. 5 il Qazaxıstan, 5 il də Ukrayna ilə dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişəm. Cənab Renod Müzelyenin (Tyeri Maryaninin keçmiş rəqibi, 2019-cu ilə qədər Avropa Parlamentinin fransalı üzvü) mövqeyi ilə tanışam. O da bu ölkələri yaxşı tanıyırdı. Bu barədə internetdə materiallar var, baxa bilərsiniz. 2003-cü ildə R.Müzelye və dövlət katibi Azərbaycana rəsmi səfər etdilər. Səfər zamanı imzalanan sənəddə biz nə görürük? Onu sizə təqdim edirəm. O, sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yazır. Hər şey bu qədər aydındır.

Jan Jaq Burdin

-Sizin kimi?

Tyeri Maryani:

Bəli, mən də fikrimi dəyişmirəm... R.Müzelye Bakıda olarkan aydın şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.  Münaqişə ilə bağlı aydın mənzərə bundan ibarətdir. Bu, islamçıların xristianlara qarşı münaqişəsi deyil. Mən dünyanın dörd bir yanında olan xristianları müdafiə etmişəm, edirəm. Hətta buna görə cənab R.Müzelye məni tənqid etmişdi. Suriya və İraqdakı 1 milyon xristianı dəstəkləmək üçün o ölkələrə səfər etmişdim. Bu mənada hesab edirəm ki, son Qarabağ müharibəsi müsəlman ölkəsi olan Azərbaycanın xristianlar qarşı savaşı deyil. Bu, Azərbaycanın milli məsələsidir. Həqiqətən də bu bölgəyə kömək etmək istəyiriksə, tərəflər arasında dialoq mühiti formalaşdırmalıyıq. Ən azı 10 dəfə Cənubi Qafqaz regionunda olmuşam...

Jan Jaq Burdin qəzəbli halda bir də təkrar edir:

- Erməniləri it kimi qovmaq lazımdır hə?

Tyeri Maryani:

-Xeyir qovmaq lazım deyil, sadəcə...

Jan Jaq Burdin yenidən Tyeri Maryaninin sözünü yarıda kəsir:

-Qarabağ Azərbaycan ərazisidir?

Tyeri Maryani:

-Bəli, beynəxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir. Və biz bu gün o ərazidə sülhə nail olunmasına çalışmalıyıq. Qarabağ Almaniya və Fransa arasında Elzas -Lotaringiyaya  bənzəyir.  Əsas məsələ odur ki, Azərbaycan və Ermənistan arasında dialoq mühiti yaradılmalıdır, uzun illər birgə yaşayan Azərbaycan və erməni xalqı arasında ünsiyyət bərpa edilməlidir. Qarabağdakı münaqişə ocağını söndürmək lazımdır.

Qeyd edək ki, bu müsahibə ermənistan cəmiyyətində bunt qaldırıb. Rəhbəri erməni olan fransızdilli sayt "armenews.com” da  "Tyeri Maryaniyə görə Qarabağ Azərbaycan ərazisidir” başlıqlı məqalə dərc olunub. Materialda Qarabağa dair bütün həqiqətlər təhrif olunub.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı