“Fransanın bu qərarı hər bir Azərbaycan vətəndaşına qarşı çevrilmiş hərəkətdir”
Bütün Xəbərlər
13:07 23.12.2011
1795
“Bu qərar hər bir Azərbaycan vətəndaşına qarşı çevrilmiş hərəkət kimi qiymətləndirilir”Bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov Fransa Milli Məclisində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul olunmuş qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyə həmişə istənilən məsələdə Azərbaycanın yanında olub. Ə. Əhmədov qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində ədalətli və ciddi mövqeyi var: “Qardaşlıq hisslərindən çıxış edərək Türkiyə ilə həmrəylik göstərəcəyik. Azərbaycan Milli Məclisi Azərbaycan xalqının iradəsini ifadə edir və münasibət bildirilməlidir. Azərbaycan xalqının bu məsələyə münasibəti aydındır”. O, həmçinin, Azərbaycanla Fransa arasında normal münasibətlərin mövcud olduğunu deyib: “Hesab edirəm ki, bütün bunlar düşünülməlidir. ATƏT-in Minsk Qrupunun reallıqları nəzərə alınmalıdır. İstər-istəməz bütün bunlar münasibətlərə kölgə salır”.