Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı

Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı
DÜNYA
23:22 21.03.2025
406
Fransanın keçmiş baş naziri (2017-2020-ci illər) və 2027-ci il prezident seçkisində iştirak üçün potensial namizəd Eduar Filipp təhdid məktubu və içərisində güllə olan zərf alıb.

Bu barədə "Ouest-France" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, zərf Havr meriyasına göndərilib. Filipp baş nazir postunu tərk etdikdən sonra bu meriyaya rəhbərlik edir. Eyni zamanda, qəzetin iddiasına görə, güllə "istifadə edilmiş"dir.

Polis məktubu göndərənin şəxsiyyətini və məqsədlərini müəyyən etmək üçün təhqiqata başlayıb.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR