“Le Monde” qəzeti azərbaycanlı köçkünlərin doğma torpaqlarına qayıtmaq arzularından yazır

“Le Monde” qəzeti azərbaycanlı köçkünlərin doğma torpaqlarına qayıtmaq arzularından yazır
SİYASƏT
11:56 19.11.2020
1035
Fransanın məşhur "Le Monde” qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmaq arzularından bəhs edən məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaları ilə bağlı fikirləri yer alıb.

Qeyd edilir ki, məcburi köçkünlər 26 il ərzində öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onların Azərbaycan Prezidenti İlham Əliyevin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış şəhər və kəndləri yenidən bərpa etdirəcəyinə inandıqları bildirilir.

"Prezidentimiz hər şeyi yenidən quracaq və biz qayıdacağıq”, - deyə 78 yaşlı Ülkər Allahverdiyeva qeyd edir. O, daha sonra deyir: "Hökumətimizə etibar etmişəm və bu gün də etibar edirəm. Qələbəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik və torpaqlarımıza qayıtmağımızı gözləyirik”.

Məqalədə bildirilir ki, işğal altında olan ərazilərinin azad edilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub. Xalq daim doğma yurduna qayıtmaq arzusu ilə yaşayıb. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın və onun ətrafında yerləşən, yalnız azərbaycanlıların yaşadıqları yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, aparılan etnik təmizləmə nəticəsində 600 mindən çox azərbaycanlı doğma yurdundan didərgin salınıb.

Məqalədə Qarabağdan didərgin düşmüş Allahverdiyevlər ailəsi başlarına gələn faciələrdən də bəhs edirlər. Onlar erməni silahlı qüvvələrinin axşam saatlarında kəndlərinə daxil olduğunu, evləri tanklardan atəşə tutduğunu, insanların ayaqyalın günlərlə çöllərdən keçərək qurtulmağa çalışdıqlarını xatırlayırlar.

"Biz, sadəcə, maşına minməyə vaxt tapdıq. Əşyalarımızı, pasportlarımızı götürməyə belə vaxtımız olmadı. Sadəcə, evimin qapısını açarla bağladığımı xatırlayıram. Qaçan zaman avtomobilimiz işləmədi, üç gün piyada getməli olduq. Qarabağda yüzlərlə azərbaycanlının yaşadığı kəndlər kimi, bizim Horovlu kəndimiz də tamamilə dağıdıldı”, - deyə Ülkər Allahverdiyeva bildirir. O, əlindəki şəkli göstərərək deyir: "Bunlar mənim həyat yoldaşım, oğlum və qardaşım oğludur. Döyüşüb şəhid olublar”.

"Hər kəs o torpaqlara qayıdıb iş tapacaq, biz oralarda yeni həyat qurmaq istəyirik”. Bu sözləri isə Ülkər Allahverdiyevanın qızı Mehriban Quliyeva 2016-cı ildə hökumətin yenidən qurduğu Cocuq Marcanlı kəndini misal gətirərək deyir.

Ülkər Allahverdiyevanın tibb texnikumunda təhsil alan 25 yaşlı nəvəsi Günay isə deyir: "Bakını sevirəm, amma mən tibb bacısı işləyəcəyim Horovluya gedəcəyəm”.

Ermənilərin işğal etdikləri kəndlərdə qəbiristanlıqları dağıtmalarına qəzəblənən Rəhman isə bunları deyir: "Onlar mənim atamın cəsədini qazıb çıxarıblar. Qəbir daşlarını sındırdıqları bir yana qalsın, qəbirləri buldozerlə qazmağa və cəsədlərin qalıqlarını çıxarmağa nə ehtiyac var idi?!”. Bu xəbəri Rəhmana onun qardaşının Azərbaycan Ordusunda xidmət edən əsgər oğlu verib. O, Horovluya gedib və kəndin hazırkı vəziyyətini əmisinə təsvir edib.

Rəhman ruhdan düşmədiyini, kəndə qayıdıb orada vaxtilə tikdirdiyi ikimərtəbəli evi yenidən tikdirmək arzusunda olduğunu bildirir.

Onun qonşusu Elçin Hüseynov da ermənilərin bu hərəkətindən qəzəblənir: "Ermənilər otuz ildir torpaqlarımızı talan etdilər. İndi gedəndə evləri yandırırlar. Onlar məhv etdikləri hər şeyə görə cavab verməlidirlər”.

Yazıda o da qeyd edilir ki, Qarabağda ərazilərin böyük hissəsi minalanıb və təhlükəsiz yaşamaq üçün əvvəlcə bu ərazilər minalardan təmizlənməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Azərbaycanda qadınlar 24, kişilər 28 yaşda evlənir
15:37 27.10.2026
Azərbaycanda qadınlar 24, kişilər 28 yaşda evlənir
Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama
15:17 27.10.2026
Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama
BMT: Ukraynada 10,8 milyon insan humanitar yardıma möhtacdır
15:11 27.10.2026
BMT: Ukraynada 10,8 milyon insan humanitar yardıma möhtacdır
Məktəblərə şagird başına 2 min manat: Ayrılan vəsait xərcləri qarşılayacaqmı?
15:01 27.10.2026
Məktəblərə şagird başına 2 min manat: Ayrılan vəsait xərcləri qarşılayacaqmı?