Fransasız müzakirə, məyus Paşinyan: Brüssel görüşü bir daha Azərbaycanın iradəsini ortaya qoydu

Fransasız müzakirə, məyus Paşinyan: Brüssel görüşü bir daha Azərbaycanın iradəsini ortaya qoydu
SİYASƏT
15:40 14.05.2023
251
 Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş bir daha rəsmi Bakının iradəsini ortaya qoydu.

"Report” xəbər verir ki, Ermənistan Brüsseldə bu formatda görüşün keçirilməsinin əleyhinə çıxış etsə də, sonda Paşinyan yenə də bu formatda iştiraka öz razılıq verməyə məcbur oldu. Paşinyan israrlı şəkildə bu formatda iştirak etməyəcəyini desə də Brüsselə gəlməli oldu.

Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmir. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını sübut edən danılmaz faktdır.


Görüş Brüssel formatının bərpa olunduğunu göstərir. Xatırladaq ki, Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Belə ki, Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyir, hər iki ölkə buna çalışırdı. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində görüş Brüssel formatında görüş keçirilir.

Ümumiyyətlə Brüssel formatında Azərbaycan özünü üçtərəfli formatda keçirilən görüşlərdə tam rahat hiss edir və hər hansı qərəzli münasibət görmür. Bütövlükdə Aİ ilə Azərbaycan arasındakı münasibətlər normal xarakter daşıyır, amma Fransanın müdaxiləsi prosesə tamamilə başqa məzmun verib. Nəzərə almaq lazımdır ki, son dövrlərdə Aİ-nin öz daxilində Fransanın nüfuzu çox aşağı düşüb. Bu, Emmanuel Makronun Fransada həyata keçirmək istədiyi islahatlar, xalqın buna dirənişi, eyni zamanda Fransanın özünün Afrikada və dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi uğursuz siyasətin bilavasitə nəticəsidir.

Brüssel sülh gündəliyi və Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan, Ermənistan tərəfidir. O ki, qaldı Kişineuda Avropa Siyasi Birliyi çərçivəsindəki Almaniya və Fransanın qatılacağı toplantıya, qeyd edək ki, bu, sırf qeyri-formal daşıyacaq. Çünki hər bir beynəlxalq tədbirlər çərçivəsində kənar müxtəlif tədbirlər keçirilir, görüşlər olur. Belə bir kənar görüş çərçivəsində qeyri-rəsmi şəkildə Almaniya və Fransanın da iştirakı təmin oluna, tərəflər iştirak edə bilərlər. Təbii ki, Almaniyanın iştirakı Azərbaycan üçün normaldır. Çünki Almaniya Azərbaycanla dost tərəfdaş dövlətdir.


Almaniya 30 ilə yaxın işğal dövründə Ermənistanın işğalçılıq siyasətinə qarşı birmənalı mövqe sərgiləyib. Rəsmi Berlin həmişə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Güc tətbiq etməklə sərhədlərin dəyişməsi Azərbaycan üçün məqbul deyil və Almaniyanın da bu prosesə müdaxilə etməsi Fransanın mövqeyini qismən də neytrallaşdırmaq məqsədi daşıyır. Almaniya özü də çox yaxşı başa düşürdü ki, Fransanın müdaxiləsi proseslərə mənfi istiqamətə doğru apara bilər.

Bütövlükdə Brüssel formatı bərpa olunub. Bu görüş də bilavasitə onun nümunəsidir və üçtərəfli xarakter daşıyır: Aİ-Azərbaycan-Ermənistan. Burada söhbət vasitəçilikdən getmir. Sadəcə, Şarl Mişel prosesdə dəstəkləyici rolda və funksiyada çıxış edir. Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edir. Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, itkin düşmüş şəxslər problemi də aktual xarakter daşıyır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AVRO-2026: Azərbaycanın futzal millisi Yunanıstan seçməsinə məğlub olub
22:43 11.03.2025
AVRO-2026: Azərbaycanın futzal millisi Yunanıstan seçməsinə məğlub olub
Sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib
22:32 11.03.2025
Sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
22:24 11.03.2025
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
22:10 11.03.2025
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
Tanınmış cərrah vəfat etdi
22:06 11.03.2025
Tanınmış cərrah vəfat etdi
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib