Fransız nazir: “Türkiyənin bu cür reaksiya verməsini anlaya bilmirəm”

Fransız nazir: “Türkiyənin bu cür reaksiya verməsini anlaya bilmirəm”
Bütün Xəbərlər
01:31 23.12.2011
2178

Fransa xarici işlər naziri Alen Jupp Türkiyənin əlaqələrin dondurulması ilə bağlı atdığı addımın sərt olduğunu söyləyib.

AZXEBER.COM-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, AlenJupp jurnalistlərə verdiyi açıqlamada Türkiyənin parlamentdə erməni soyqırımı ilə bağlı qəbul edilən sənətə güclü reaksiya verməyəcəyinə ümidvar olduğunu bildirib. O, hər iki ölkənin tarixinə dayanan dostluq münasibətlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən gün Fransa parlamentində müzakirəyə çıxarılacaq qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib. Səsvermə zamanı salonda 50 millət vəkili olub. Bu isə 577 üzvlük məclisin təxminən 10 faizi deməkdir.

Qanun layihəsinə görə, "soyrımı"nı inkar edəni 1 il həbs və 45 min avro cərimə gözləyir.

OXŞAR XƏBƏRLƏR