“Frayburq”un baş məşqçisi: “Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var”

İDMAN
18:34 07.09.2022
300
"Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var”.

Bunu Almaniyanın "Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx evdə "Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının G qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis görüşü səbirsizliklə gözlədiklərini bildirib:

"Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik”.

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park” stadionunda təşkil olunacaq "Frayburq” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
OXŞAR XƏBƏRLƏR