'Fredoom House': 'tək kontrabasda' – KÖŞƏ

Bütün Xəbərlər
17:10 18.12.2012
902

Fərid Şahbazlı“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Yenə başlayıblar...

Azərbaycanın hər ötən gün artan nüfuzundan, müstəqil və yalnız dövlətimizin maraqlarına xidmət edən xarici siyasətindən, xalqla hakimiyyət arasındakı möhkəm həmrəylikdən qorxuya düşənlər ölkəmiz adına qərarlar verməyə, hesabatlar yaymağa, öz ağılları ilə təzyiqlər etməyə start veriblər.Amma unudublar ki, Azərbaycanda hakimiyyəti xalq formalaşdırır və iqtidar yalnız Azərbaycan xalqı qarşısında hesabatlıdır.Hansısa beynəlxalq təşkilatın ölkəmizlə bağlı əsassız mülahizələrə, qərəzli və birtərəfli informasiyalara, öz ölkəsinə düşmən kəsilən bəzi yerli QHT-lərin biznes maraqlarına hesablanmış məlumatlarına əsaslanan hesabatları Azərbaycan xalqı və dövləti üçün əsas sayıla bilməz.O ki qala, Azərbaycanda insan hüquqlarının vəziyyətinin “at inqilab”larının tüğyan etdiyi Qırğızıstandan, internetə girişdə problemlər yasanan Türkmənistandan, əli bir millətin qanına batmış, yoxsulluqdan və hüquqsuzluqdan vətəndaşları az qala insanlıq kateqoriyasından çıxan Ermənistandan pis olduğunu iddia edən “Fredoom House” kimi siyasi biznes təşkilatlarının hesabatları...Amma olsun, ölkəmiz Azərbaycan adı gələndə boğazında kal armud qalıbmış kimi nitqi quruyanların belə hesabatlarına, siyasi oyunbazlıqlarına çoxdan öyrəşib...Hətta o qədər öyrəşib ki, artıq Azərbaycan insanı “Fredoom House”un səkkizinci ildir ölkəmizlə bağlı hazırladığı hesabatlarda konkret nələrə toxunulduğu, hansı məqamların əksini tapdığı ilə belə maraqlanmır...Çünki orada hər şey ilk gündəki kimidir, dəyişən yalnız tarixlər və bəzi statistik məlumatlardır. Bir vaxtlar aradabir bir-iki ağız oxuyub “Fredoom House”la duet təşkil edən “Human Rigths Watchs” da var idi... İndi o da yoxdur. Gördüyü işin perskpektivsizliyini anlayıb və nəticədə “Fredoom House” ortada “tək kontrabasda qalıb”...Sadəcə sual edirəm:Azərbaycanda media hüquqlarının məhdudlaşdırıldığını iddia edən “Fredoom House”çular görəsən, müxalif və tənqidçi mətbuatın az qala ölkə mediasının yarıdan çoxunu təşkil etdiyini bilmirmi?Bilmirmi ki, hər gün bu mətbu orqanlar, sosial şəbəkələrdəki müxalifətçilər Azərbaycanda ən xırda məmurdan tutmuş ölkə rəhbərliyinə qədər hər kəsi ağır tənqidlərə və hətta təhqirlərə məruz qoysa da, onlara “gözün üstə qaşın var” deyən yoxdur...Okenanın o tayındakı “ədalət keşikçiləri” görəsən niyə unudurlar ki, Azərbaycanda artıq dörd ildir ki, fəaliyyət göstərən KİV-ə Dəstək Fondu və QHT-lərə Dövlət Dəstəyi Şurası davamlı olaraq bu ölkənin ən radikal müxalifət qəzetlərinə və QHT-lərinə fəaliyyətlərini daha da genişləndirmək üçün külli miqdarda vəsait ayırır?!Görəsən, “Fredoom House” “ekspertləri” hakimiyyətin müxtəlif siyasi qüvvələrin sərbəst toplaşmaq azadlığını təmin etmək üçün onlara qanunla müvafiq qaydada yerlərin ayrıldığını, bu ünvanlarda dəfələrlə aksiyaların keçirildiyini və sonrada uğursuzluqla nəticələndiyindən ənənəvi “cığallığa” başlanıldığından niyə bir cümlə yazmır?Yoxsa gözləyir ki, iqtidar etimad limiti tükənmiş qüvvələrə “Azadlıq” meydanını təklif etsin, sonra bu qüvvələr yenə meydanda tək qalıb aksiyalar üçün az qala dövlət qurumlarının damlarını istəsinlər?Bəlkə hakimiyyət bütün iş-gücünü atıb müxalifətin yerinə mitinqi özü keçirsinki, sizə xoş olsun?Və ya özünü hüquq müdafiəçisi adlandıran və bütün fəaliyyəti dövlətçilik əleyhinə yönələn Leyla Yunusun evi dövlət planına düşərək qanuna müvafiq formada sökülübsə və o dövlət qurumlarından şantaj yolu ilə 80 minlik evinə görə 1 milyon manat pul istəyirsə bu Azərbaycanda mülkiyyət hüquqlarının pozulmasıdırmı?Yox əgər bütün bu reallıqların fonunda “Fredoom House” yenə Azərbaycanda insan hüquqlarının vəziyyətinə qiymət verməkdə israrlıdırsa, o zaman buyursun...Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın düşmüş bir milyon insan, ailə üzvlərini, sağlamlığını, normal yaşam tərzini itirmiş minlərlə vətəndaşımız onların yolunu gözləyir...

OXŞAR XƏBƏRLƏR