Arş Puddinqton: "Sarkozi bu qanundan daxili siyasət üçün istifadə edir"
Fransada qəbul edilən əsassıq qanuna "Freedom House" təşkilatından da reaksiya gəldi.
Dünyanın ən nüfuzlu təşkilatlarından olan "Freedom House" Fransada qəbul edilən qanuna qarşı olduğunu açıqlayıb.
AZXEBER.COM-un məlumatına görə, təşkilatın vitse-prezidenti Arş Puddinqton TRT-yə açıqlamasında Sarkozinin inkar qanunundan daxili siyasət üçün istifadə etdiyini və bu qanunun ermənilərin haqları ilə heç bir əlaqəsinin olmadığını söyləyib.
Puddinqton insanların mübahisəli məsələlərlə bağlı fikirlərini heç bir cəzaya məruz qalmadan ifadə etmələrinin vacibliyini vurğulayb.
"Fredoom House" təmsilçisi bu qanunun fikir azadlığına zidd olduğunu bildirib. Puddinqton Almaniya və Avstriya kimi yəhudilərin soyqırıma uğradığı ölkələr xaric, digər bütün dövlətlərdə bu məsələnin rahatca müzakirə edilməli olduğunu bildirib.