‘‘Freedom House’ işğalı və təcavüzü stimullaşdıran bir təşkilatdır…’

‘‘Freedom House’ işğalı və təcavüzü stimullaşdıran bir təşkilatdır…’
Bütün Xəbərlər
14:49 22.01.2013
963

“Freedom House” insan hüquqlarını müdafiə edən yox, əslində insan haqları adına qanunun aliliyi prinsipini pozan bir beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Bu təşkilat eyni zamanda, öz “fəaliyyəti” ilə beynəlxalq hüquq normalarını açıq-aşkar şəkildə ayaqlar altına salıb tapdalayan bir qurumdur.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili İlham Məmmədov dilə gətirib.

Millət vəkilinin dediyinə görə, son hesabatı və orada Azərbaycana, onun ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə məlum yanaşması ilə adıçəkilən təşkilat bir daha əsl, gerçək mahiyyətini, məkrli, qaranlıq niyyətini ortaya qoymuş oldu.

İ.Məmmədov bildirib ki, “Freedom House” öz hesabatında Azərbaycanı “azad olmayan ölkələr”, onun Ermənistanın təcavüzü, işğalçılığı nəticəsində işğal edilmiş ərazisində “yaradılan”, “fəaliyyət” göstərən separatçı, qondarma “DQR”i isə “qismən azad ölkələr” sırasına daxil etməklə, birbaşa şəkildə etnik separatizmə, ekstremizmə və terrorizmə dəstək vermiş, onu stimullaşdırmış olduğunu nümayiş etdirdi:

“Bu yerdə həmçinin çox böyük təəssüf hissi ilə deyim ki, “Freedom House”nin hər hesabatını az qala böyük canfəşanlıqla qarşılayan, öz nəzarətində olan mətbuat vasitələrində geniş işıqlandıran, bu hesabatlardan hökumətə qarşı bir silah, təzyiq vasitəsi kimi istifadə etməyə çalışan radikal müxalifətin indiyədək Qarabağ məsələsi ilə bağlı nümayiş etdirdiyi mövqeyinin səmimiliyinə də artıq yer qalmır, onların səmimiliyinə inanmaq olmur.

Son hesabatdan cəmi bir neçə gün keçməsinə baxmayaraq, hələ də müxalifət düşərgəsindən həmin “sənəddə” əksini tapan və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, onu təhdid edən yanaşmaya hər hansı bir münasibət ifadə edilməyib.

Belə olan halda, müxalifətin Qarabağ məsələsindən və onun həllinin guya indiki hakimiyyətin dövründə ləngidilməsindən danışmağa, bu məsələdə iqtidarın üstünə gəlməyə heç bir haqqı, hüququ yoxdur. Onlar əgər bu cür taleyüklü bir məsələyə olduqca zərərli və təhlükəli yanaşma sərgilənməsinə susqunluq, görməzlik nümayiş etdirirlərsə, artıq öz mahiyyətlərini ortaya qoymuş olurlar. Yəni, onlar Qarabağ məsələsindən sadəcə, hakimiyyətə təzyiq etmək və hakimiyyətə gəlmək üçün bir vasitə kimi istifadə edirlər ki, bunun da adı rəzillikdir…”

Sonra bir daha “Freedom House”nin hesabatına qayıdan millət vəkilinin bildirdiyinə görə, onlar bununla heç nəyə nail ola, Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin üstünə kölgə sala, ən əsası isə ölkə rəhbərliyi tərəfindən çox uğurla yeridilən balanslaşdırılmış daxili və xarici siyasət kursunun qarşısını kəsə bilməyəcəklər:

“Buna Azərbaycan dövləti, Azərbaycan xalqı və xalqın mandatı ilə hakimiyyətdə əyləşən siyasi qüvvə, siyasi komanda birmənalı şəkildə imkan verməyəcək. Azərbaycan dövləti, Azərbaycan xalqı ölkə Prezidentinin rəhbərliyi altında tezliklə Azərbaycanın işğal olunmuş ərazilərində öz suverenliyini təmin, bərqərar edəcək və buna da heç bir qüvvə mane ola bilməyəcək…”

//Gün.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı