82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Fuad Cəfərlinin seçicilərlə ilk görüşü başa çatıb.
Ağcabədi rayonunda və 23 kəndə ( Göyük, Şahsevən, Avşar, Salmanbəyli, Xocavənd, Şənlik, Qaravəlli Gələbədin, Qiyaməddinli, Ağabəyli, Hacıbədəlli, Cəfərbəyli, Aşağı Avşar, Pərioğlular, Təzəkənd, Kəbirli) keçirilən görüşlər zamanı seçiciləri narahat edən problemlər Fuad Cəfərli tərəfindən şəxsən öyrənilib və qeydə alınmışdır. Bəzi problemlər isə yerindəcə aidiyyəti qurumlara çatdırılmış, həmin qurumlar isə bu yöndə işlərin görüldüyünü, yalnız texniki məsələlərin qaldığını bildiriblər.
Sonda seçicilər namizədin platformasını yekdilliklə qəbul etmiş və Fuad Cəfərliyə səs verəcəklərini bildiriblər.
Xatırladaq ki, Ağcabədi rayonunun Mehrablı, Qaradolaq, Aran, Yeni Qaradolaq, Muğanlı, Şasevən Təzəkənd kəndlərində görüşü barədə namizəd daha əvvəl məlumat verib.