Fuad Muradov: 'Azərbaycanın Avropa üçün önəmi böyükdür'

Fuad Muradov:
Bütün Xəbərlər
13:00 07.01.2012
1426
«Azərbaycanın Avropa üçün önəmi böyükdür. Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin son zamanlar ölkəmizə səfərləri və tərəflər arasında imzalanan sənədlər də bunu sübut edir». Bu fikirləri Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü, millət vəkili Fuad Muradov deyib.
F.Muradov bildirib ki, Azərbaycan artıq böyük neft-qaz ölkəsi kimi özünü dünyada təsdiq edib. Onun sözlərinə görə, Avropa ölkəmizin enerji resurslarının bu məkana ixrac edilməsinə böyük maraq göstərir.
«Müxtəlif layihələr ətrafında müzakirələrin aparılması və Azərbaycanın bu prosesdə önəminin vurğulanması ölkəmizə verilən önəmin ifadəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyndə rolunun artması ölkəmizə marağı daha gücləndirib. Fikrimcə, bu əməkdaşlıq çərçivəsində Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu təşkilatın təsir etmək imkanları böyükdür»- deyə F.Muradov qeyd edib.
OXŞAR XƏBƏRLƏR