Fuad Muradov baş nazirə müraciət edəcək

Fuad Muradov baş nazirə müraciət edəcək
Bütün Xəbərlər
18:20 22.08.2012
1128
Millət vəkili Fuad Muradov Səbail rayonunda seçiciləri ilə görüşüb, onların şikayətləri ilə maraqlanıb. AZXEBER.COM-un verdiyi xəbərə görə, görüş sakinlərin şikayəti əsasında baş tutub.Rayonun Arif Ismayılov küçəsinda yaşayan sakinləri ilə görüşən millət vəkilinə bildirilib ki, adıçəkilən ünvandakı evlər qəzalı vəziyyətdədir. Millət vəkili vəziyyətlə yerində tanış olub. Həqiqətən də burda evlərin qəzalı vəziyyətdə olduğunun şahidi olub. Bundan sonra Fuad Muradov sakinlərin problemi ilə bağlı baş nazirə müraciət edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR