Prezident İlham Əliyevin sərəncamı ilə aparılan təmirdən sonra orta məktəb tam yenilənmiş formada məktəb kollektivinin ixtiyarına verilib. Açılış mərasimində çıxış edən Milli Məclisin üzvü, Səbayıl rayonunun deputatı Fuad Muradov yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik edib. Deputat qeyd edib ki, əsaslı təmir olunmuş orta məktəb Prezident İlham Əliyevin təhsilə xüsusi diqqətnin daha bir nümunəsidir. Deputat deyib ki, Azərbaycanda mükəmməl təhsil vermək imkanına malik məktəblər nə qədər çox olarsa keyfiyyətli təhsil almaq imkanları da o qədər artacaq. “Milli təhsil sistemi və bu sahənin inkişafı dövlət başçısı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda dünya səviyyəyisndə təhsil verə biləcək bazanın formalaşması əsas hədəflərdəndir”-deyə F. Muradov qeyd edib. Deputat bu sahədə Heydər Əliyev Fondunun və onun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini qeyd edib. Mehriban Əliyevanın uşaqların dolğun təhsil almasına önəm verdiyini deyən deputat bu yöndə Fondun gördüyü uğurlu işləri vurğulayaraq ölkədə təhsil sahəsində ciddi irəliləyişlərə nail olduğunu bildirib.“Sağlam cəmiyyətin formalaşması məktəbdən başlanır. Dövlətimiz bu sahəyə xüsusi yanaşır və cənclərin dolğun, hərtərəfli təhsil alması üçün ciddi işlər aparır”-deyə F.Muradov yeni məktəbdə oxuyan şagirdlərə təhsildə uğurlar diləyib. Təhsil naziri Mikayıl Cabbarovun ”Bilik Günü”ndə ilk dərsin vətənpərvərlik mövzusunda keçirlməsi təklifinə dəstək olaraq deputat F.Muradov 8-11 –ci siniflərdə “Yurdum yuvam məskənimsən” mövzusunda dərs aparıb.