Fuad Muradovdan Heydər Əliyev Mərkəziylə bağlı qəribə açıqlama

Fuad Muradovdan Heydər Əliyev Mərkəziylə bağlı qəribə açıqlama
Bütün Xəbərlər
00:22 21.07.2012
3843
"Bu gün Heydər Əliyev Mərkəzində baş verən yanğın hadisəsinə görə, sevinmək yox, yanğının qarşısını almaq üçün səfərbər olmaq lazım idi”". AZXEBER.COM-un məlumatına görə, bu açıqlamanı APA-ya Milli Məclisin deputatı Fuad Muradov verib. F. Muradov əlavə edib ki, təəssüf doğuran məqamlardan biri bəzi sosial şəbəkələrdə Heydər Əliyev Mərkəzində baş verən yanğın hadisəsini sevinclə qarşılayanların olmasıdır. O deyib ki,  bu hadisəyə sevinmək yox, hadisənin aradan qaldırılmasına kömək etmək lazım idi.Maraqlıdır görəsən millət vəkili "facebook"da əyləşən gənclərdən hansı köməyi gözləyirmiş. Bəllidir ki, bu kimi halların qarşısını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alır və onlar bu gün də işlərinin öhdəsindən lazımınca gəliblər. Millət vəkilinə xatırlatmaq yerinə düşər ki, fövqəladə hallarda nəinki sakinləri hətta jurnalistləri, millət vəkillərini belə hadisə yerinə yaxın buraxmırlar. 

Məlumat üçün bildirik ki, Heydər Əliyev Mərkəzində yanğın olan dəqiqələrdə millət vəkili bu hadisəylə bağlı şəxsi "facebook" səhifəsində heç nə yazmayıb. Əvəzində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Facebook səhifəsini paylaşıb. AZXEBER.COM portalı olaraq bldiririk ki, Azərbaycan xalqı gərgin anlarda hər zaman bir olmağı bacarıb. Bir qrup gəncin sosial şəbəkələrdə yazdığı statusu gündəmə gətirib xalqı kiçik göstərmək istəyi bu günə qədər heç kimi başucalığı gətirməyib və gətirməyəcək. 

OXŞAR XƏBƏRLƏR