Fuad Poladov istefasından danışdı

MƏDƏNİYYƏT
13:13 27.10.2016
1733
Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
 
Xalq artisti APA-ya açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb: "Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, "Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm”.

OXŞAR XƏBƏRLƏR