Futbol şərhçisi Elman Toroğlu canlı yayımda kağız yeyib. “TV 8” kanalında Unal Aysalla canlı yayıma gələn şərhçi qəzəblənib.Şərhçi “Qalatasaray” klubunun rəhbəri Unal Aysalın Mersin matçı gecəsi verdiyi bəyanatın ardınca TFF-ni ziyarət etməsinə əsəbiləşən və “Unal Aysal verdiyi bəyanatı yedi” deyərək həmin sənədin sürətini yeyib. Hadisədən şoka düşən digər iştirakçıların israrına baxmayaraq Toroğlu bu hərəkətindən vaz keçməyib.