Futbolçular ANS-in canlı efirində özlərinə yeni klub tapdılar

İDMAN
11:00 30.11.2013
1140
ANS TV-nin efirində yayımlanan "Adam İçində" verilişinin aparıcısı Elgiz Əkbər aldadılaraq Azərbaycana gətirilən Fil Dişi Sahilindən olan 2 futbolçuya kömək edib.ANS PRESS-in məlumatına görə, iki afrikalı futbolçu tele-jurnalistə müraciət edərək bildirib ki, onları futbol oynamaq adı ilə Azərbaycana gətirsələr də klub tapmayıblar.Afrikalı futbolçuların viza müddəti başa çatdıqdan sonra Azərbaycanda çətin vəziyyətə düşüb.Elgiz Əkbər futbolçuların problemini efirdə səsləndirdikdən sonra I Divizionda çıxış edən İmişlinin "Mil-Muğan"ın prezidenti Mirheydər Seyfiyev studiya ilə əlaqə saxlayaraq həmin futbolçuları öz komandalarına dəvət edib.
OXŞAR XƏBƏRLƏR