Liviya yığması Tunislə matça ibadətlə başlayıb
XVII Akdeniz oyunlarında iştirak edən futbol üzrə Liviya yığmasının üzvləri meydanda namaz qılıblar. ANS PRESS-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, B qrupu çərçivəsində Tunis yığması ilə matç başlamazdan əvvəl Liviya kollektivinin üzvləri meydanda namaz qılıblar. Qarşılaşmaya gəldikdə isə Tunis kollektivi matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.