“Futbolçularla söhbətim olacaq” - Qurban Qurbanov

“Futbolçularla söhbətim olacaq” - Qurban Qurbanov
İDMAN
21:13 28.10.2018
4494
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının IX turunda "Neftçi"yə səfərdə 1:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə "Bakcell Arena"dakı matçı dəyərləndirib. 

- "Neftçi” və Roberto Bordini təbrik edirəm. Bunu sizin vasitənizlə edirəm. Çünki sıxlıq olduğuna həmkarıma yaxınlaşa bilmədim. Uduzduq, bu, idmandı. Belə məğlubiyyətə hazır olmalıyıq. Mən tərəfdən çox danışılacaq bir şey yoxdu. Hər bir futbolçuyla fərdi söhbətlərimiz olacaq. Futbolçuların yanında olmalıyam. Bu, borcumdu. Çünki belə çətin vəziyyətlərimiz az olmayıb. Qalib gəlmək istəyirik. Ancaq səhvlər olur və onları aradan qaldırmalıyıq. İrdalar bildiriləcək. Azarkeşləri də başa düşürəm. İstəkli komanda olaraq bu vəziyyətdən çıxmalıyıq. Qarşıdakı oyunda da daha yaxşı oyun göstərəcəyimizə inanıram.

- Nə vaxta kimi futbolçuların yanında olacasqınız? Bu, limit nə vaxta qədər olacaq? Çünki hər dəfə məsuliyyəti üzərinizə götürürsünüz...

 - Limit yoxdu. Sadəcə, bir-birimizə dəstək olmalıyıq. Səhvləri kollektiv daxilində araşdırmalıyıq. Səhvləri daha yaxşı məm bilirəm. "Vorskla”yla oyundakı məğlubiyyətdən sonra futbolçularda psixoloji yorğunluq hiss olunurdu.... - Hər bir məğlubiyyyətdən sonra futbolçularda psixojoli yorğunluq olur. Ona görə heyətdə çoxlu dəyişiklik etmişdim. Həmin əsas heyətdən 3 nəfər oynayırdı. Futbolçularımız yenə də öz güclərini meydanda qoydular. Məğlubiyyətini səbbi belə axtarmaq istəməzdim. "Neftçi”dən fərlqi bizim oyuna hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Nə qədər üzücü olsa da, bəzən belə məğlubiyyətlərin komandaya faydası olur.

 - Əlinizdə olan heyət çempionluğa oynamaq yetərlidi? 

- Bu gün hər bir futbolçuya güvənirəm. Bu heyətlə çox gözəl naliyyətlərimiz olub. Düşünürəm ki, çempionatda o qədər problem olmaz. O mənada ki heyətdə dəyişiklər olduğundan istənilən oyunu göstərə bilmirik.

 - Yakub Jezniçakın Rəşad Sadıqovun əvəzlənməsi maraqlı gəldi... 

- Yakubda həddən artıq yorğunluq olsa da, təcrübəsinə böyük ehtiyacımız var. Onda ilk hisəsnin sonuna yorğunluq hiss edərək dəyişdik.

 - Mirbadullah Abbasov qol vurandan sonra azarkeşlər sizə mesaj göstəri ki, onu milliyə çağırın Onu bundan sonra yığmada görə bilərik? 

- Hər dəfə demişəm ki, bütün futbolçular nəzarətimdədi. Hər dəfə toplanışlarımızda yeni futbolçular var. 40 nəfərlik siyahım var ki, Mirabdullah ora daxilindədir.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək