Braziliya, Honduras və İsveçrədə forma geyinən 35 yaşlı Juan Rodriqo Silva Santos adlı futbolçu Rio de Janeyroda evinə gedərkən iki nəfər tərəfindən qaçırılıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, onlar futbolçuya iki gün işgəncə veriblər. Daha sonra isə onun kəsilmiş başını çantaya qoyaraq arvadı ilə birgə yaşadığı evin qabağına atıblar.
Hadisə şahidlərinin bildirdiyinə görə, Silva Santosun başı kəsilməklə yanaşı gözləri də oyulub və dili çıxarılıb.
Santosun futbol karyerasından sonra özünə iş yeri açdığı və sakit həyat sürdüyü bildirilir. Polis bu tükürpədən qətlin hansı səbəbdən baş verdiyini aydınlaşdıra bilməyib. Braziliya mediası isə qətlin narkotik mafiyası tərəfindən törədildiyini yazıb.