Futbolda "cadugərlik" əməliyyatı: 2 nəfər saxlanıldı

Futbolda "cadugərlik" əməliyyatı: 2 nəfər saxlanıldı
DÜNYA
15:17 19.08.2025
236
İranda futbol sahəsində cadugərliklə bağlı yeni qalmaqal gündəmə gəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl 4 futbol məşqçisinin bu fəaliyyətlərə görə vəzifədən uzaqlaşdırıldığı ölkədə bu dəfə 50 nəfər ifadə verməyə çağırılıb, 2 nəfər isə saxlanılıb.

İran Futbol Federasiyasının sözçüsü Əmir Mehdi Alevi dövlət televiziyasına açıqlamasında, cadugərliklə bağlı fəaliyyətlərə görə iki nəfərin həbs olunduğunu təsdiqləyib.

Alevi bildirib ki, saxlanılan şəxslərdən hər ikisi bir cadugərlə əlaqədə olduqlarını etiraf ediblər. Onun sözlərinə görə, "futbolda cadugərlik” mövzusu ilə bağlı 50-dən çox şəxs ifadə verməyə çağırılıb. Federasiya rəsmisi bu hadisələrin ölkədə futbol həyəcanını mənfi təsir altına salmasına imkan verilməməli olduğunu vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl İran mediasında 4 futbol məşqçisinin cadugərlik fəaliyyəti ilə əlaqədar işindən kənarlaşdırıldığı barədə xəbərlər yayılmışdı. Ötən illərdə isə bəzi futbolçular və məşqçilər, matçlar zamanı meydançalara sehr edildiyini və bəzi komandaların illik müqavilələrlə cadugərlərlə işlədiklərini iddia etmişdilər.
 
Oksana
OXŞAR XƏBƏRLƏR