Füzuli Ələkbərovun yaxın qohumuna vəzifə verildi

Füzuli Ələkbərovun yaxın qohumuna vəzifə verildi
Bütün Xəbərlər
00:07 27.09.2014
1604

Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəis müavini Rauf Tağıyev vəzifəyə gətirilib 

AZXEBER.COM aznews.az-a istinadən xəbər verir ki, uzun müddətdir ki, işsiz qalan keçmiş müdir müavininə “Azərsu” ASC-də Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin müdiri vəzifəsi verilib.

Qeyd edək ki, Rauf Tağıyev keçmiş Əmək və Əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yaxın qohumudur. 

Səlim Müslümov Füzuli Ələkbərovun nazir postuna təyin olunandan sonra Rauf Tağıyev də vəzifəsindən vidalaşmışdı. 

Onu da bildirək ki, R. Tağıyev işdən çıxarıldıqdan sonra Dövlət Universitetində müəllim kimi çalışırdı.

 

 

 

OXŞAR XƏBƏRLƏR