Füzuli Musayevə növbəti dəfə vəzifə verildi

MARAQLI
17:00 29.12.2011
2149

Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti Füzuli Musayev yenidən Avropa Taekvondo İttifaqının (ETU) vitse-prezidenti seçilib.

Bu barədə jurnalistlərə F.Musayevin özü açıqlama verib. O bildirib ki, bu yaxınlarda ETU-nin hesabat-seçki konfransında qurum prezidenti postuna 2 namizəd olub - hazırkı prezidenti Atanasios Praqalos və Türkiyə Taekvondo Federasiyasının prezidenti Mətin Şahin. F.Musayev M.Şahinə səs verib: “Mən Praqalosun özünə də demişdim ki, Şahinə səs verəcəyəm. Amma elə alındı ki, Praqalos yenidən prezident seçildi. O, seçildikdən sonra ETU-nun 6 vitse-prezidentindən 5-ini yenisi ilə əvəzlədi. 1 vitse-prezident yeri isə müəyyən müddət boş qaldı. Həmin postu mənə təklif etdikdə, dedim ki, digər işlərimlə əlaqədar federasiyamızın prezidenti Kəmaləddin Heydərovun razılığını almalıyam. Praqalos bu yaxınlarda Azərbaycana səfər edərkən, K.Heydərovun da razılığı ilə mənim vitse-prezidenti postuna namizədliyimi təsdiqlədi”. Qeyd edək ki, ATF prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov həm də Ümumdünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

OXŞAR XƏBƏRLƏR