Füzuli rayonunda güclü yanğın başlayıb

Füzuli rayonunda güclü yanğın başlayıb
SOSİAL
22:03 04.08.2026
125
Füzuli rayonunun Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində, Araz çayı boyunca yerləşən açıq ərazidə güclü yanğın müşahidə olunur.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, alov ətrafdakı yaşayış məntəqələrindən də açıq şəkildə görünür.

Yanğının söndürülməsi üçün hadisə yerinə Cəbrayıl və Füzuli rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
OXŞAR XƏBƏRLƏR