Füzuli rayonunun siması tamamilə dəyişdi - FOTOLAR

Füzuli rayonunun siması tamamilə dəyişdi - FOTOLAR
Bütün Xəbərlər
14:41 07.01.2015
2232
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarının icrası, həyata keçirilən investisiya layihələri nəticəsində Füzuli rayonunun siması tamamilə dəyişib.Rayonda geniş infrastruktur layihələri həyata keçirilib, yeni sosial obyektlər istifadəyə verilib, yaşayış məntəqələrini birləşdirən avtomobil yolları, Horadiz şəhərinin prospekt və küçələri yenidən qurulub.AZXEBER.COM-un məlumatına görə, AzərTAc xəbər verir ki, son illərdə Füzuli rayonunda aparılan geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri 2014-cü ildə də uğurla davam etdirilib. Ötən il avqustun 28-də Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolu, Füzuli Rayon İcra Hakimiyyətinin yeni inzibati binası, Horadiz tikiş fabriki, tarix-diyarşünaslıq muzeyi, 2 nömrəli körpələr evi-uşaq bağçasının yeni binaları, Bayraq Meydanı, həmçinin işğal zamanı dağıdılmış 227 ev və çoxmənzilli 3 bina bərpa edilərək istifadəyə verilib.Hazırda Horadiz şəhərində işğal zamanı dağıdılmış bir küçə bərpa edilir, statistika idarəsi, vergilər şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün inzibati binalar, Qazaxlar kəndində tam orta məktəb, Əhmədbəyli kəndində gimnaziya binaları, Bala Bəhmənli kəndində uşaq bağçası inşa edilir. Üçüncü Zobucuq qəsəbəsində çörək-un məmulatları istehsal edən zavodun istifadəyə verilməsinə az qalıb. Məcburi köçkünlərin məskunlaşdıqları 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun, Haramı ərazisində heyvandarlıq kompleksinin tikintisi davam etdirilir.Cari ildə rayon ərazisində 741 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, avtovağzal kompleksinin və xəstəxana inşası nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR