Polis qadının pul kisəsini oğurlayan şəxsi vaxtında yaxalamağa müvəffəq olub.AZXEBER.COM-un məlumatına görə, Füzuli rayonunda oğurluq hadisəsi baş verib.Rayon sakini Gülüzar Səfərovanın pul kisəsini oğurlamış Zaqatala rayon sakini Elçin Məmmədov saxlanılıb.Elçin Məmmədov nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın Horadiz Dəmir Yolu Stansiyasının ərazisində saxlanılıb.Hazırda Füzuli rayon polis şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə şübhəli olub-olmadığı araşdırılır.












































