Qəza zamanı ölənlərin kimliyi məlum olub.
"Mercedes” markalı avtomobildə olan Nicat Qurbanov, onun qardaşı Ceyhun Qurbanov və Elçin Süleymanov hadisə yerində həyatını itirib. Digər "KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə müxtəlif dərəcəli ağır xəsarətlər alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan o, Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
///Qafqazinfo