Fövqəlada Hallar Nazirliyi daha 150 nəfəri subasmadan xilas etdi - APA TV

Fövqəlada Hallar Nazirliyi daha 150 nəfəri subasmadan xilas etdi - APA TV
Bütün Xəbərlər
18:30 24.04.2013
1327
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən subasma ilə bağlı növbəti məlumat yayıb.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 23-24 aprel 2013-cü il tarixlərində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub.
FHN-in Mülki Müdafiə Qoşunları, Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə rayonlarına cəlb olunub. Xilasetmə əməliyyatları nəticəsində paytaxtın Xətai rayonunda 20-yə yaxın insan, Sabunçu rayonunda 130-a yaxın insan xilas olunub.
Qeyd edək ki, Sabunçu rayonunda, təxminən, 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb. Hazırda yağış və qrunt suları ilə dolan ərazilərdə suçəkmə işləri aparılır. Suçəkmə işləri FHN-in Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri tərəfindən həyata keçirilir.VİDEO BURADA: https://apa.tv/video/255
OXŞAR XƏBƏRLƏR