Fövqəladə Hallar Nazirliyi məhkəməyə verilir

Fövqəladə Hallar Nazirliyi məhkəməyə verilir
Bütün Xəbərlər
10:55 28.08.2012
1537
“Turan” informasiya agentliyi Fövqəladə Hallar Nazirliyini məhkəməyə verir.
Media quruluşunun açıqlamasında deyilir ki, nazirlik 2010-cu ilin daşqın zonasında evlərin tikintisi ilə bağlı yazılı informasiya sorğusunu cavablandırmayıb: “Sorğu iyunun 20-də göndərilib. “İnformasiya əldə etmək haqqında” qanuna əsasən, nazirlik sorğuya yeddi gün ərzində cavab verməlidir”.Agentlik nazirliyə ünvanladığı sualları ictimaiyyətə açıqlayıb:- Evlərin, sosial və digər obyektlərin tikintisinə (prezidentin və hökumətin sərəncamları ilə) nə qədər pul ayrılıb?- Bu məbləğ nə qədər ev və sosial obyektin tikintisi üçün ayrılıb?- Nə qədər vəsait xərclənib, nə qədər ev və sosial obyekt tikilib?- Tikilmiş bir obyektin orta dəyəri nə qədərdir?- Bir ədəd ikiotaqlı, üçotaqlı, dördotaqlı evin tikinti layihəsi neçəyə başa gəlir (hər layihə üzrə dəyər)?Məhkəmədə “Turan” agentliyinin maraqlarını Media Hüququ İnstitutu müdafiə edəcək.
OXŞAR XƏBƏRLƏR