Gövhər Baxşəliyeva: “Bu hesabat Azərbaycana qarşı çox qərəzli şəkildə təşkil edilib". (EKSKLÜZİV AÇIQLAMA)

Bütün Xəbərlər
13:11 05.05.2011
1818

Təşkilatın hesabatına görə, Azərbaycanın adı mətbuat azadlığının vəziyyətinin ən pis olduğu ölkələr sırasına - "Azad olmayan ölkələr" arasına salınıb. Freedom House 196 ölkədə mətbuat azadlığının vəziyyətini qiymətləndirib və Azərbaycan bu reytinqdə 196 ölkə arasında 171-ci olub.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Gövhər Baxşəliyeva AZXEBER.COM portalına eksklüziv açıqlama verib: "Freedom House təşkilatının bu hesabatı Azərbaycana qarşı çox qərəzli şəkildə təşkil edilib. Azərbaycanda söz azadlığı hər zaman qorunur. Söz azadlığı geniş bir məvhumdur və buna görə də, heç kəs bunu deyə bilməz ki, Azərbaycanda söz azadlığı yoxdur. Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının inkişafı üçün bütün lazımi tədbirləri görür”.

OXŞAR XƏBƏRLƏR