Güclü külək Yasamalda "at oynadır"

MARAQLI
18:41 13.02.2011
1838

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində güclü külək bir neçə evin dam örtüyünü uçurub. Şiferlər avtomobilin üzərinə düşüb. 

Zərərçəkən İsmayıl Məmmədov ANS-in müxbirinə hadisə barədə bunları deyib: “Maşını saxladım, getdim evdəki sənədləri götürüm. Qayıdanda gördüm ki, evin dam örtüyü çırpılıb maşının üstünə. Yaxşı ki, mənə bir şey olmadı”

Qeyd edək ki, güclü külək sözügedən ünvanda elektrik dirəklərini uçurub, nəticədə elektrik naqilləri qırılıb. Bakı Elektrik Şəbəkəsinin əməkdaşları isə işıq dirəklərini düzəltmək üçün həmin ünvanda elektrik enerjisinin verilişini dayandırıb

 

OXŞAR XƏBƏRLƏR