Gülsel Səfərova etiraz bəyanatı yaydı (MƏTN)

Bütün Xəbərlər
09:11 02.04.2011
2480

"Son zamanlar Azərbaycanda radikal qüvvələr tərəfindən dövlətçiliyimizə və müstəqilliymizə zərbə vurmağa yönəlmiş fəaliyyətlər həyata keçirməyə cəhd göstərirlər. İctimai təşkilatlar baş verənlərlə bağlı öz mövqelərini bildirirlər. Biz də AGAT olaraq cəmiyyətimizin inkişafında öz töhvəmizi verərək hər zaman açıq və konkret mövqeyimizi bildirmişik. Lakin son iki gündə AXCP sədri Əli Kərimlinin evinin qarşısında keçirilən mitinqin təşkilatçısı qismində Gülsel Səfərovanın olduğu qeyd olunur.

Nəzərinizə çatdıraq ki, verilmiş məlumat əsasasız, qeyri-obyektiv və qərəzlidir. Bu cür şayələri yaymaqla bu radikal qüvvələrin qeyri-sağlam, fitvaya gedən və bilinməyən mənbələrə xidmət etdiklərini sübut edir. Gülsel Səfərovadan heç bir düzgün məlumat əldə etmədən, bu cür yanlış informasiya yayılması, bir daha müxalif medianın qeyri-peşəkarlığından xəbər verir. Bu kontekstdən çıxış edərək sosial şəbəkələrdə və müxalif internet kanallarda yayılmış bu əssasız və qeyri-ciddi məlumatların yayılması, Gülsel Səfərovaya yönəlmiş şər və böhtan kimi qəbul edilir. Bu birbaşa G.Səfərovanın hüquqlarının pozuntusudur.  

Biz müxalif media qurumları və mənsublarından yanlış məlumatların yayılmasına son qoyulmasi, əsassız informasiyanın təkzib edilməsini tələb edirik".


OXŞAR XƏBƏRLƏR