Nüvə fəlakətinin mərkəzi olan Fukusima Stansiyası üçün “nüvə kamikadze” adlandırılan və gününə 6 min dollar təklif edilən işə könüllülər ABŞ-dan tapılıb. ABŞ-da xalqla əlaqələr təşkilatı “Barlett Nuclear” nüvə mühitində çalışmağa razılıq verən və ailələrinin etiraz etmədiyi 10 nəfər tapdıqlarını açıqlayıb. Könüllər nüvə kamikadze vəzifəsini icra etmək üçün Yaponiyaya yola düşüblər.