Gürcüstan ölkə əhalisini Rusiyaya getməməyə çağırdı

Gürcüstan ölkə əhalisini Rusiyaya getməməyə çağırdı
Bütün Xəbərlər
05:54 11.06.2011
1303

 

AZXEBER.COM portalının Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, xarici siyasət idarəsinin mətbuat xidmətinin məlumatına görə, buna səbəb mayın 5-də Moskvada 48 yaşlı Gürcüstan vətəndaşı Gela Bliadzenin qətlə yetirilməsidir. XİN eyni zamanda bu məsələ ilə bağlı bəyanat da verib. Sənəddə qeyd edilir ki, Gürcüstanın hüquq-mühafizə orqanlarının iki terrorçu qrupu zərərsizləşdirməsi də Rusiyanın terroru dəstəklədiyini bir daha göstərir. Gürcüstan XİN Rusiya tərəfindən qətlin hərtərəfli araşdırılmasını və günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, Gela Bliadzenin qohumları onun bir qrup şəxs tərəfindən vəhşicəsində döyüldüyünü və nəticədə öldüyünü bildirir.


OXŞAR XƏBƏRLƏR