Gürcü mətbuatının məlumata görə, benzinin 1 litrinin qiyməti 5 tetri (100 tetri = 1 lari) artıb. Bahalaşma bütün növ yanacaqlara aiddir. Bundan sonra "Avro super" benzininin 1 litri 2,15 lari, "Avro dizel" 2,15, "Avro premium" 2,03, "Avro requlyar" 1,95, "Premium avanqard" 2,10 lariyə satılacaq.