Gənc liderlər "Gənclik və Dövlətçilik" forumu keçirdi (FOTO)

GƏNCLİK
08:52 26.04.2011
2335

AZXEBER.COM-un məlumatına görə, Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Prezidentinin siyasətini dəstəkləyən gənclər, ziyalılar, KİV rəhbərləri iştirak ediblər.

"Gənc Liderlər" UGT-nin sədri Fərid Şahbazlı bildirib ki, müasir dövrdə artıq bütün dünyada, o cümlədən Azərbaycanda gənclər ölkədə gedən ictimai-siyasi proseslərdə öndə sıralarda addımlayırlar: "Azərbaycanda gənclərin hərtərəfli fəaliyyəti üçün bütün şərait mövcuddur. Gənclərin özünü ictimai-siyasi həyatda realizə edə bilməsi baxımından heç bir problem yoxdur, əksinə dövlət bu istiqamətdə bir sıra ciddi addımlar atır. Bu gün gənclərimiz dövlət idarçiliyində mühüm yerlər tuturlar. Hazırda 5 mindən çox azərbaycanlı gənc dünyanın aparıcı ali məktəblərində müxtəlif ixtisaslara yiyələnir. Eyni zamanda, onlar xarici ölkələrdə xalqımızı təmsil edir, qədim və zəngin mədəniyyətimizin, adət və ənənələrimizin təbliğində mühüm rol oynayırlar".

Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim vurğulayıb ki, Azərbaycan yeganə ölkədir ki, ölkə rəhbərliyi gənclərin inkişafına belə yüksək səviyyədə diqqət və qayğı göstərir. Milli Məclisin deputatları Elmira Axundova, Jalə Əliyeva, Zahid Oruc, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Müəllimlər İnsititutunun prorektoru Tünzalə Yusifova, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyeva və digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycan dövləti daim gənclərə arxalanır və inanır. Ölkəmizdə gənclərin hər sahədə problemləri daim araşdırılır və həmin problemlərin həlli üçün mühüm addımlar atılır. Azərbaycanda 2007-ci ilin “Gənclər ili”, 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında gənclərin fəal iştirakını təmin edib.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında” Sərəncam imzalaması ölkədə gənclərə göstərilən qayğının daha bir nümunəsidir. Forumda iştirak edən gənclər Prezidentin rəhbərliyi ilə aparılan islahatlardan söz açmış, dövlətçilik maraqlarının hər şeydən üstün olduğunu qeyd ediblər.

 

OXŞAR XƏBƏRLƏR