Gənclər proqramı ilə bağlı yeni xəbər

GƏNCLİK
10:32 03.05.2011
2458

Bu gün “Holiday İnn” otelində işçi qrupları çərçivəsində davam edən müzakirələrdə Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Orxan Ərəbov iştirak edib. Şuradan “Qafqazinfo” ya verilən xəbərə görə, O.Ərəbov "Azərbaycan gəncliyi 2011-2015 - ci illərdə" Dövlət Proqramının hazırlanması çərçivəsində keçirilən ictimai müzakirələrin "Gənclərin vətənpərlik və vətəndaşlıq tərbiyəsi" üzrə işçi qrupunda müzakirələrə qoşulub.

O. Ərəbovun məlumatına görə hazırda müzakirələr davam edir. Müzakirələr zamanı müxtəlif təkliflər səsləndirilib. “Səsləndirilən təkliflər bu gün Azərbaycan gəncliyi üçün önəmli olan məsələlərdir. Düşünürəm ki. bu müzakirələrin keçirilməsi proqramın hazırlanmasına böyük töhfə verəcəkdir ” – deyə baş katib bildirib.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015- ci illərdə" Dövlət Proqramının 2 ay ərzində hazırlanması tapşırılıb.

 

OXŞAR XƏBƏRLƏR