Gənclər QİÇS-ə yox dedi

GƏNCLİK
13:12 02.12.2010
2551

 

Təşkilatın 5 illik icra planı çərçivəsində həyata keçirilmiş bu layihənin məqsədi maarifləndirmə və ən əsası tolerant yanaşmanın təbliği olub. Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.Təlimlərdə Bakı, Sumqayıt və Lənkərandan ümumilikdə 25 nəfər iştirak edib.Təlimdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin İnformasiya və Yayım üzrə təlimatçısı Seymur Həsənov İİV və QİÇS haqda, onun yoluxma, yayılma və qorunma üsullarından danışaraq, iştirakçılara geniş məlumat verib.

Təlimin sonunda iştirakçılar layihədə nəzərdə tutulduğu kimi QİÇS haqqında qısametrajlı (həvəskar) filmlər çəkmək üçün qruplara bölünüblər. Plana əsasən hər qrup ayrılıqda ən azı bir qısametrajlı film hazırlamalıdır. Çəkilmiş filmlər dekabr ayının ikinci həftəsində layihənin yekun hesabat tədbirində ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə təlim iştirakçıları dekabrın 8-də Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin QİÇS əleyhinə təşkil edəcəyi yürüşə qoşulacaqlar.

OXŞAR XƏBƏRLƏR